kadrlar şöbəsi

= a personnel department = отдел кадров
kadr arxasında olmaq
kağız kimi ağ
OBASTAN VİKİ
Kadrlar xidməti
İnsan resurslarının idarəedilməsi — müəssisənin strukturunda ixtisaslaşdırılmış bölmələrin (onlarda işləyən vəzifəli şəxslərlə — menecerlər, mütəxəssislər, texniki işçilər ilə) uyğunlaşdırılması üçün müəssisənin kadrlarını idarə etmək üçün nəzərdə tutulmuşdur. İnsan resursları xidmətlərinə işə qəbul agentlikləri, işə qəbul agentlikləri və peşəkar inkişaf şirkətləri daxildir. Kadr xidmətlərinin funksiyaları bir çox cəhətdən müəssisələrdə kadr şöbələrinə bənzəyir, lakin eyni zamanda bir qədər daha genişdir. == İnsan Resursları Təcrübələrinin Əsasları == === İşə qəbul === Biznesin uğurlu inkişafı üçün ixtisaslı kadrlar lazımdır. Hər bir vəzifə üçün əsas xüsusiyyətləri və xüsusiyyətləri əks etdirən iş təsvirlərini hazırlayın. İxtisaslı namizədlərin axtarışı və seçilməsi kadrların idarə edilməsi praktikasında mühüm elementə çevrilir. Qəbul təcrübələrinizin qanuna uyğun olduğundan əmin olun. Müəssisənin kadrlar şöbəsi tərəfindən işçilərin işə qəbulu mərhələləri Xətt menecerindən sifariş axtarın. Vəzifə, ərizəçiyə qoyulan tələblər, şərtlər haqqında ətraflı məlumatın əldə edilməsi. Məlumat bazansından, İnternetdən, mediada reklamdan, birbaşa axtarış və işə götürmə agentliyinin xidmətlərindən istifadə edərək axtarışı.
İnşaatçı kadrlar (qəzet)
İnşaatçı kadrlar - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi qəzeti. Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaatçı kadrlar" qəzeti 1983-cü il iyunun 16-dan nəşr olunur. Qəzetin ilk redaktoru bu günədək həmin vəzifədə çalışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi Akif Nemət oğlu Hacıyevdir. Nəşr olunduğu ilk gündən "İnşaatçı kadrlar" qəzeti universitetdə aparılan təlim-tərbiyə işində, gənclərin hərbi-vətənpərvərlik ruhunda böyümələrində rektorluğa, ictimai təşkilatlara və professor-müəllim heyətinə həmişə yaxından köməklik göstərib. Qəzetin səhifələrində universitetin, eləcə də respublikamızın tədris ocaqlarında çalışan təcrübəli müəllimlərin, elm, sənət adamlarının, ziyalıların maraqlı, aktual yazıları dərc olunur. "İnşaatçı kadrlar" qəzeti öz oxucularını yalnız universitetin həyatı ilə deyil, həm də Azərbaycanda və beynəlxalq aləmdə baş verən yeniliklərlə tanış edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti rektorluğunun, professor-müəllim heyəti və tələbə kollektivinin mübariz tribunası olan "İnşaatçı kadrlar" qəzetinin fəaliyyəti, demək olar ki, bu tədris ocağının qaynar həyatı ilə həmişə sıx bağlı olub. Universitetin 36 ildə keçdiyi şanlı və şərəfli yol, bu qəzetin nömrələrində dərc olunmuş yazılarda, məktublarda və fotoşəkillərdə yaşayır.
Xüsusi Müharibə Şöbəsi
Xüsusi Hərbi İdarə (türk. Özel Harp Dairesi) — Soyuq Müharibə dövründə Türkiyədə, Baş qərargahın nəzdində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO-nun əməkdaşlığı ilə qurulduğu irəli sürülən gizli təşkilat. Avropada İkinci Dünya Müharibəsindən sonra müxaliflərin (əsasən kommunistlərin) iqtidara gəlməsinin qarşısını almaq üçün qurulan "Qladio" adlı əks-partizan təşkilatının Türkiyədəki davamına siyasi ədəbiyyatda Xüsusi Hərbi İdarə, hərəkətləri reallaşdıranlara isə əks-partizan deyilmişdir. NATO-un xüsusi hərbi təlimatlarına görə üzv ölkələrdə qurulan NATO qurumları, Türkiyədə əvvəl Səfərbərlik Tədqiq Təşkilat adı ilə təşkilatlanmış sonra birbaşa Baş qərargah komandanlığına tabe olan Xüsusi Hərbi İdarənin tabeçiliyi altında və onun mülki qolu olan əks-partizan olaraq fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya Şöbəsi
Azərbaycan Xalq Cümhuriyyəti İnformasiya şöbəsi, Əksinqilabla mübarizə təşkilatı ləğv edildikdən sonra yaradılan təşkilat. == Yaradılması == ƏMT-nin ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir. ƏMT-nin təhqiqat, müşahidə, axtarış, həbs və s. Funksiyaları general-qubernatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi. İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyan Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi. == Fəaliyyəti == İnformasiya şöbəsi əməkdaşları başda Ələkbər xan olmaqla, bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. 1920-ci ilin aprelində Balaxanıda pozuculuq işi aparan 22 nəfər bolşevikin həbs edilməsi böyük əks-səda doğurmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları maddəsi.
Rusiya Dövlət Bankının Bakı şöbəsi
Rusiya Dövlət Bankının Bakı şöbəsi — Rusiya Dövlət Bankının yerli qurumlarından biri. 1875-ci il iyulun 6-dan fəaliyyətə başlamışdı. Bankın sərəncamında xəzinədarlıq və kredit idarələri vardı. Rusiyada Fevral inqilabından (1917) sonrakı hərc-mərclik dövründə bank əməliyyatları dayandırılmışdı. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Cümhuriyyət Hökumətinin əsas vəzifələrindon biri bankın fəaliyyətinin bərpası oldu. Bu sahədə hökumətin ilk tədbiri bankın uçot əməliyyatlarının yenidən başlanması haqqında 1918-ci il 23 iyun tarixli qərarı idi. 1918-ci il dekabrın 24-də neft sənayesi müəssisələrinə borc vermək üçün maliyyə nazirliyinə 2 milyon rubl məbləğində kredit açılması barədə qərar qəbul edildi. Həmin borc veksellərlə (borc sənədi) təmin olunmalı, Dövlət bankının uçot (hesabaalma) komitəsi borc verilən sahibkarların borc-ödəmə qabiliyyətini aydınlaşdırmalı idi. 1919-cu il martın 17-də fəhlələrə əmək haqqı verməkdən ötrü neft sənayeçilərinə maliyyə yardımı ayrılmışdı. Maliyyə yardımının verilməsi əməliyyatını Bankın Bakı şöbəsi aparırdı.